Oktyabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin regionda mövcud cari vəziyyəti müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.*
R.Kərimov