Bakı və Tehran Cənubi Qafqazda xarici qüvvələrin mövcudluğuna qarşıdır. Bu mövqe oktyabrın 15-də Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında baş tutmuş telefon danışığı zamanı səsləndirilib.
İran XİN-in məlumatına görə, Cənubi Qafqazda xarici qüvvələrin mövcudluğunu region ölkələrinin ümumi problemi adlandıran Abdullahian İranın bölgədə hər hansı xarici qüvvələrin yerləşdirilməsinə razı olmadığını bildirib.
Cənubi Qafqazda baş verən son hadisələrə toxunan iranlı nazir Tehranın Azərbaycan və Ermənistan da daxil olmaqla, ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və bu yanaşmanın İran İslam Respublikasının daimi siyasəti olduğunu vurğulayıb.
Öz növbəsində, C.Bayramov regionda xarici qüvvələrin mövcudluğuna qarşı çıxıb və bununla bağlı İran İslam Respublikasının mövqeyini dəstəkləyib.*
R.Kərimov