“Azərişıq” ASC Masallı rayonunda Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılmasına yönələn işlərə 2,2 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “Smart Energy Services” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilədə Hacıtəpə və Həsənli kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri - 2 milyon 246,923 min manatdır. **
B.Rüstəmbəyov