2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 930,8 milyon manat və ya ÜDM-in 2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 22 milyard 401,5 milyon manat (2021-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə artım 25,3%), xərcləri 20 milyard 470,7 milyon manat (artım 15,6%) təşkil edib.
9 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 98 milyard 77,8 milyon manat təşkil edib.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov