2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 50 milyard 951,5 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 13,4% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,5% - 4 min 423 manatadək artıb.
Yanvar-sentyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 45 milyard 458,1 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,4% çoxdur.**
R.Əhmədov