İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 75 min ədəddən artıq yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,9 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% çoxdur”, - məlumatda bildirilir.
Nazirlər Kabineti “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiq edib və proses 4 mərhələdən ibarətdir. Yeni nəsil NKA-lar 2022-ci ilin sonunadək bütün ölkə ərazisində tətbiq olunacaq.**
B.Rüstəmbəyov