2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana 539 min 332 ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $193 milyon 478 min (artım 58,3%) təşkil edib.
Avqust ayında $38 milyon 817,8 min dəyərində 109,525 min ton buğda (2022-ci ilin iyul ayında $11 milyon 694,4 min dəyərində 29.057 min ton) idxal edilib. Beləliklə, Azərbaycanın avqust ayında aldığı buğdanın qiyməti bir ton üçün $354,41 təşkil edib. Bütövlükdə, yanvar-avqust aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $358,7 olub.
Hesabat dövründə Azərbaycana $109 milyon 319,2 min dəyərində (artım 6,2%) 201,331 min ton şəkər xammalı və şəkər (azalma 9,5%), $135 milyon 774,1 min dəyərində (artım 15.2%) 80,583 min ton bitki yağı (azalma 7,1%), $48 milyon 204,5 min dəyərində (artım 15%) 9,533 min ton çay (azalma 2,7%), $74 milyon 167 min dəyərində (artım 48%) 12,946 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 30,2%) idxal edilib.
Bununla yanaşı, respublikaya $8 milyon 797,2 min dəyərində (azalma 40,3%) 1,945 min ton iribuynuzlu heyvan əti (azalma 49,4%), $32 milyon 116,3 min dəyərində (artım 32,4%) 21,185 min ton quş əti və quş əti məhsulları (artım 12,6%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $89 milyon 506,9 min dəyərində (artım 11,9%) 93,672 min ton meyvə (artım 10,2%), $13 milyon 17,5 min dəyərində (azalma 15,1%) 21,473 min ton tərəvəz (azalma 28,4%), $30 milyon 550,1 min dəyərində (artım 15,3%) 110,385 min ton kartof (artım 4,1%) idxal edilib.
Yanvar-avqust aylarında ölkədən $145 milyon 251,6 min dəyərində (artım 1,9%) 131,622 min ton tərəvəz (azalma 7,7%), $216 milyon 607,8 min dəyərində (artım 23,2%) 156,681 min ton meyvə (artım 7,1%), $35 milyon 85,8 min dəyərində (azalma 12%) 78,215 min ton kartof (azalma 14,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $14 milyon 100,2 min dəyərində (azalma 43,7%) 20.883 min ton şəkər (azalma 56,4%), $11 milyon 897,1 min dəyərində (artım 12,2%) 6,405 min ton bitki yağı (azalma 23,2%) ixrac edilib.
7 ay ərzində Azərbaycan $8 milyon 878,6 min dəyərində (azalma 14,5%) 7 min ton meyvə və tərəvəz şirələri (azalma 18,3%), $2 milyon 649,3 min dəyərində (azalma 11,8%) 153,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 4%), $5 milyon 42,8 min dəyərində (azalma 10%) 4,368 min ton meyvə və tərəvəz konservləri (azalma 16%), $13 milyon 460,5 min dəyərində (artım 2,7 dəfə) 4,318 min ton tütün (artım 2,2 dəfə) ixrac edib.**
B.Rüstəmbəyov