Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə əlavə şəxsi heyət və artilleriya qurğuları yerləşdirir.
“Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib”, - nazirliyin məlumatında deyilir.
MN-dən bəyan ediblər ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.**
B.Rüstəmbəyov