2022-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik 654 min barel xam neft (avqustda 554 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barrel olub. Bunun 543 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib”, - nazirlikdən bildirilir.
Sentyabrda OPEC+ sazişi çərçivəsində neft hasilatı üzrə Azərbaycanın kvotası 718 min barel təşkil edib.
Beləliklə, Azərbaycan sentyabrda OPEC+ razılaşmasını 132,2% yerinə yetirib.**
N.Abbasova