Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı məlumat verib ki, oktyabrın 20-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.
"Üç gün sonra prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək", - Bağçı bazar ertəsi jurnalistlərə deyib.
Daha əvvəl Ərdoğan bəyan edib ki, Zəngilan Hava Limanının açılış mərasimində iştirak etməyi planlaşdırır.
Zəngilan Beynəlxalq Hava Limanının inşasına 2021-ci ilin yazında başlanılıb. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub. Perron sahəsi 60 min kvadratmetr təşkil edir.
Hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Sentyabrın 9-da “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi “Airbus A340-500” ilk texniki uçuşunu yerinə yetirib və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. **
R.Əhmədov