Pakistan Milli Bankının Bakı filialı ləğv edildiyini elan edib, iki ay müddətində kreditorlardan tələblər qəbul olunacaq.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, kreditorlardan tələblər Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küç. ev 9A ünvanında qəbul olunacaq.
Xəbər verildiyi kimi, oktyabrın 13-də Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) Pakistan Milli Bankının Bakı filialının lisenziyasını ləğv edib. Bu qərar Pakistan Milli Bankının müraciəti əsasında qəbul edilib. Pakistan Milli Bankının Bakı filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.
30 sentyabr 2022-ci il tarixinə filialın likvid aktivləri (6,7 milyon manat) cəmi öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir.
Pakistan Milli Bankının Bakı filialına lisenziya 2005-ci il iyunun 30-da verilib.
Beləliklə, Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən bankların sayı 25-dir.**
R.Əhmədov