Azərbaycan prezidenti İlham Əliyev Fransa və Niderlanddakı səfirləri dəyişib.
Dövlət başçısının sərəncamına əsasən, Rəhman Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Azərbayanın Fransadakı səfiri postunda onu Leyla Abdullayeva əvəz edəcək (Azərbaycan XİN-in hazırki spikeri).
Öz növbəsində, Rəhman Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bu vəzifədə Fikrət Axundovu əvəz edəcək (Axundov eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifəsini tutub). **
R.Əhmədov