Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,2 milyon manat ayrılır.
Vəsait “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov