Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6763 manat/1EUR səviyyəsində (oktyabrın 17-nə 1.6555 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0274 manat/1RUB səviyyəsində (oktyabrın 17-nə 0.0271 manat/1RUB) müəyyən edib.
Oktyabrın 18-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0915 manat/1TRY səviyyəsində saxlanılıb.*
X.Nəsirzadə