2022-ci ilin I yarısında Azərbaycanın bank sektorunun xarici borcu 17.1% azalaraq $318 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin hazırladığı 2022-ci ilin yanvar-iyun ayları üzrə Maliyyə sabitliyi hesabatına əsasən, öhdəliklərin strukturunda bankların xarici borcunun payı cəmi 1.5% təşkil edir, 2021-ci ilin sonuna bu göstərici 1,9% olub.
Banklar tərəfindən cəlb olunmuş xarici borc ödənişlərinin yalnız 33%-i növbəti 1 ilin payına düşür.
AMB qeyd edir ki, 2017-ci ildən etibarən bank sektorunun xarici borcu hər il azalmaqda davam edir. 2017-ci ilin sonuna bankların xarici borcu $929 milyon və ya bütün öhdəliklərin 6,5%-ni təşkil edib. Beləliklə, 2017-2022-ci illərdə bankların xarici borcu 2,9 dəfə azalıb.*
R.Əhmədov