2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artaraq 20 milyard 251 min kVt/saat olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 19 milyard 578,3 milyon kVt/saat (artım 4,5%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
İstilik elektrik stansiyalarında 18 milyard 120,2 milyon kVt/saat (artım 2,8%), su elektrik stansiyalarında 1 milyard 375,9 milyon kVt/saat (artım 38%) elektrik enerjisi istehsal edilib.
Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 32,7 milyon kVt/saat (azalma 50,2%), günəş elektrik stansiyalarında 49,5 milyon kVt/saat (artım 15,4%) elektrik enerjisi istehsal edilib.
2021-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2020-ci illə müqayisədə 0,5% - 25 milyard 958,1 milyon kVt/saata qədər artıb.*
N.Abbasova