2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 808,9 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 653,9 min ton sement (artım 4,3%) istehsal edilib.
31,1 min ton (artım 31,2%) tikinti gipsi, 78,2 min ton (artım 27,4%) sement, süni daş və ya betondan tikinti blokları və kərpicləri, 2 milyon 450,8 min ton (artım 24,3%) hazır beton qarışığı, 31,1 min ton (artım 17,4%) tikinti əhəngi, 451,7 min kubmetr (azalma 5,3%) tikinti kərpici, 24 milyon 66,2 min ton (azalma 22%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 36,5 min kubmetr (azalma 31,9%) betondan yığma tikinti konstruksiyaları, 121,8 min ton (artım 8,7%) asfalt istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.*
B.Rüstəmbəyov