Könüllü tibbi sığorta, avto kasko və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) ən yüksək zərərli sığorta sinifləri olaraq qalır.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın (AMB) saytında dərc olunmuş 2022-ci ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatına istinadən bildirir ki, I yarımilliyin yekunları üzrə bu 3 sinfin ümumi zərərlərdə payı 60.8%-ə (2021-ci ilin yanvar-iyun aylarında 52,5%) çatıb.
2022-ci ilin ilk yarısında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə zərərlilik 89,8% (2021-ci ilin sonuna 79,24%), könüllü tibbi sığorta üzrə 83,7% (2021-ci ilin yekunları üzrə 77,1%) təşkil edib. 2021-ci il iyunun 30-na olan göstərici ilə müqayisədə AVSMMİS üzrə zərərlilik 22 f.b., könüllü tibbi sığorta üzrə 11.1 f.b. artıb.
AMB-nin məlumatına görə, yanvar-iyun aylarında avto kasko üzrə zərərlilik 48,9% (2021-ci ilin yekunları üzrə 53%) təşkil edib.*
A.Əzizov