2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 12,7 milyon manat (cari məzənnə ilə $1 milyard 184 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,7% artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7% gəlir əldə edilib.
2021-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manat ($1,47 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.*
N.Abbasova