Azərbaycanla sərhəddə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistanda ATƏT-in müşahidə missiyası yerləşdirilə bilər. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan ərazisində ATƏT-in müşahidə missiyasının yerləşdirilməsi məsələsi müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, - deyə o, bu gün İrəvanda norveçli həmkarı Anniken Huitfeldt ilə keçirdiyi mətbuat konfransında bildirib.*