Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1% - $1 milyard 613 milyon 611,16 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 744 min 200,35 ton (artım 7,9%) buğdanın ($262 milyon 66,4 min), 57 min 903,93 ton (artım 2,9 dəfə) qarğıdalının ($19 milyon 970,59 min), 43 min 42,79 ton (artım 19,8%) düyünün ($36 milyon 388,96 min), 10 min 827,36 ton (azalma 0,5%) çayın ($55 milyon 409,36 min), 259 min 57,49 ton (azalma 1,1%) meyvə-tərəvəz məhsullarının ($164 milyon 611,98 min), 28 min 919,26 ton (artım 2,9%) ətin ($51 milyon 921,91 min), 112 min 913,08 ton (artım 1,6%) bitki və heyvan mənşəli yağların ($198 milyon 316,09 min) payına düşüb.
Azərbaycana $80 milyon 960,57 min dəyərində 14 min 26,95 ton kərə yağı (artım 24,8%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,68%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova