Prezident İlham Əliyev oktyabrın 18-də Mehriban İmanovanın Azərbaycan Elm Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 15-də "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb.
Fondun nizamnamə kapitalı 4 milyon 157,866 min manatdır.*
X.Nəsirzadə