Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) nizamnamə kapitalı 11,9% - 893 milyon manata qədər artırılır.
Prezident İlham Əliyev oktyabrın 18-də “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Dəyişikliyə əsasən, İKZF-nin nizamnamə kapitalı 95 milyon manat artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılır.
Fərmana uyğun olaraq İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95 milyon manat hesabına təmin ediləcək.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.*
R.Əhmədov