Azərbaycanda koronavirus infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 686-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 18 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 935 nəfərə çatıb.
Virusa yoluxmuş 812 min 339 nəfər (sutka ərzində +92) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 412 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 780 (ötən gün 1 min 458 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 293 min 381 test aparılıb.*
X.Nəsirzadə