ABŞ Ermənistanla münasibətlərin, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin inkişafı ilə bağlı intensiv danışıqlar aparır. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Prays deyib.
O, həmçinin bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında çoxtərəfli və ikitərəfli danışıqlarda iştirak etməyə hazırdır.
“Siyasi təhlükəsizlik reallıqlarının dəyişdiyini və daimi müzakirələr tələb etdiyini anlayırıq. ABŞ yardım etməyə (Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına – İF) hazırdır. Biz regionda yaşayan xalqların dəyərlərinə əsaslanacaq sülhün tərəfdarıyıq”, - deyə ABŞ nümayəndəsi qeyd edib.
D.Prays ABŞ-ın Ermənistanla Azərbaycan arasında danışıqlara dəstək verdiyini də diqqətə çatdırıb. “Müzakirə olunacaq çoxlu məsələlər var və bunu sülh yolu ilə etmək lazımdır. Əminəm ki, ABŞ bu prosesdə fəal tərəfdaş olacaq”, - deyə o bildirib.
Komitə sədrinin sözlərinə görə, ABŞ-ın Azərbaycana hərbi yardımı Ermənistana qarşı istifadə olunmayacaq.*