Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istrahət gününün yerləri dəyişdirilib.
Beləliklə, ardıcıl 4 gün - 6, 7, 8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq. Qeyd edək ki, 6 noyabr bazar günü, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günüdür.*
B.Rüstəmbəyov