Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6727 manat/1EUR səviyyəsində (oktyabrın 18-nə 1.6763 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0275 manat/1RUB səviyyəsində (oktyabrın 18-nə 0.0274 manat/1RUB) müəyyən edib.
Oktyabrın 19-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0915 manat/1TRY səviyyəsində saxlanılıb.**
X.Nəsirzadə