2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 337 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 660,1 milyon manat (azalma 12,1%) təşkil edib.
2021-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 988,9 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 61,9% azdır. 2021-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 29,5 milyon manat (azalma 27,8%) təşkil edib.**
B.Rüstəmbəyov