Azərbaycan 2022-ci ilin yanvar-avqust aylarında 198 min 790,13 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 39,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $223 milyon 456,8 min (artım 93,6 dəfə) təşkil edib.
$166 milyon 605,18 min dəyərində 150 min 7,94 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 73,5%-i) Rusiyadan, qalan həcm Türkmənistandan ($49 milyon 597,21 min dəyərində 42 min 831,33 ton), Qazaxıstandan ($3 milyon 998,18 min dəyərində 3 min 526,29 ton) və Rumıniyadan ($3 milyon 256,24 min dəyərində 2 min 424,57 ton) idxal edilib.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini yalnız Gürcüstandan idxal edilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.**
N.Abbasova