Bakı ilə Daşkənd arasında müdafiə sahəsində 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, sənəd Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycana səfəri zamanı imzalanıb.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, çərşənbə günü keçirilən görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. **
R.Kərimov