Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının müddətinin uzadılması zəruriliyinə əmin deyil.
“Missiyanın işə başlamasını alqışlayıram. Hazırlıq qrupu artıq Ermənistandadır. Yaxın zamanda 40 nəfərdən ibarət əsas qrup 2 aylıq müddətə ölkəyə gələcək”, - deyə o, bu gün hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, Aİ müşahidə missiyasının müddətinin uzadılması və ya müddətsiz edilməsi ilə bağlı fikirlər səsləndirilir.
“Missiyanın müddətinin uzadılması məsələsində əmin deyiləm, lakin ehtiyac olarsa, bu məsələni dərindən öyrənəcəyimizi istisna etmirik”, - deyə Paşinyan əlavə edib.*