Oktyabrın 20-də Bakıda 15 Polşa şirkətinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, biznes forumda Polşanı metallurgiya şirkətləri, santexnika avadanlıqları, ətriyyat istehsalçıları və dəmir yolu daşımaları həyata keçirən şirkətlər təmsil edib.
Forumun sonunda üç sənəd imzalanıb.
Xüsusilə Polşanın İnvestisiya və Ticarət Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında əməkdaşlıq Memorandumu, Baku Steel Company ilə “Zystal Marcin Zyska”, “Touye Group” və “Warstal” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
Həmçinin Baku Steel Company ilə “Konstal” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb.*
B.Rüstəmbəyov