Azərbaycanda koronavirus infeksiyasına 54 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 805-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 65 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 935 nəfər təşkil edir.
Virusa yoluxmuş 812 min 486 nəfər (sutka ərzində +79) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 384 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 984 (ötən gün 2 min 959 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 299 min 324 test aparılıb.*
B.Rüstəmbəyov