Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müvəqqəti tədbirlərin alınması ilə bağlı məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.
“Məhkəmənin qərarına əsasən, 2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş hərbi əməliyyatlar və erməni hərbi qulluqçuların saxlanılması məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır”, - deyə məhkəmənin məlumatında bildirilir.
Bundan başqa, məhkəmə Azərbaycanın bütün erməni əsirlərlə beynəlxalq konvensiyalara uyğun rəftar etməsi öhdəliyini diqqətə alıb.
Bu qərarı şərh edən xarici işlər nazirinin müavini Elnur Məmmədov “Twitter” hesabında yazıb ki, Bakı məhkəmənin qərarını alqışlayır. O qeyd edib ki, Azərbaycan Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərin sənədli sübutlarını Beynəlxalq Ədalət Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib. “Ermənistanın məsuliyyətə cəlb olunması dinc və sabit gələcəyin qurulmasında həlledici əhəmiyyət kəsb edir”, - deyə nazir müavini əlavə edib.*
R.Kərimov