Türkiyə-Azərbaycan birliyi bölgədə önəmli sabitlik amilidir. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycan-Türkiyə birliyi bölgəyə və dünyaya ciddi mesajdır. Çünki bu birlik bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir”, - deyə dövlət başçısı oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında bildirib.
“Ancaq əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”, - deyə o vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Türkiyə Azərbaycanın əsas müttəfiqidir, İkinci Qarabağ müharibəsindən sonra ikitərəfli münasibətlər daha da güclənib və Şuşa Bəyannaməsi bunun sübutudur.
O bildirib ki, Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib və hər kəs bununla hesablaşmalıdır.*
X.Nəsirzadə