Ankara Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrdə Bakını dəstəkləyəcək. Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır”, - deyə o bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə artıq Azərbaycanla həmrəylik əsasında addımlar atıb. Ankara cari layihələri inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırdır.*
X.Nəsirzadə