Azərbaycana səfər zamanı yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım və Türkiyə parlamentinin deputatı Şamil Ayrımın vəziyyətləri qənaətbəşdir, həyatları üçün təhlükə yoxdur. Bu barədə cümə günü Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
“İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər ki, Yıldırım, Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Bakıda Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.
“Onların vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur. Yaxın saatlarda xəstəxanadan buraxılacaqlar”, - nazirlikdən qeyd ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən Binəli Yıldırım avtomobillə Zəngilan Beynəlxalq Hava Limanına gedərkın yol qəzasına düşüb. Yıldırım və Ayrım tibbi briqadaların müşayiəti ilə helikopterlə Bakıya çatdırılıblar. **
R.Kərimov