“Kapital Bank” ASC-nin səhmdarları 17 noyabr tarixində keçiriləcək növbədənkənar ümumi yığıncaqda bankın fəaliyyəti ilə bağlı məsələləri, həmçinin nizamnamə kapitalının artırılmasını müzakirə edəcəklər.
“Noyabrın 17-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda bankın nizamnamə kapitalının artırılması, nizamnaməsinin yenilənməsi , bankın müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələləri müzakirə olunacaq”, - “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Bundan əlavə, səhmdarlar bankın fəaliyyəti ilə əlaqədar digər məsələləri müzakirə edəcəklər.
30 sentyabr tarixinə bankın nizamnamə kapitalı 245,85 milyon manata bərabərdir.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).**
X.Nəsirzadə