“Xalq Bank” 2022-ci ilin 9 ayı ərzində aktivlərini 11,1% – 2 milyard 599,178 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 1 milyard 572,082 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,7% - İF) bərabərdir.
Bankın öhdəlikləri 2 milyard 132,898 milyon manat (artım 12,8%), depozit portfeli 1 milyard 778,545 milyon manat (artım 15,2%) təşkil edir.
30 sentyabr 2022-ci il tarixinə “Xalq Bank”ın kapitalı 466,279 milyon manata (artım 3,8%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 19 milyon 925,65 min manat (2021-ci ilin 9 ayı ilə müqayisədə artım 39,9% - İF) təşkil edib.
“Xalq Bank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.**
X.Nəsirzadə