Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.
Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən Binəli Yıldırım avtomobillə Zəngilan Beynəlxalq Hava Limanına gedərkın yol qəzasına düşüb. Yıldırım və Ayrım tibbi briqadaların müşayiəti ilə helikopterlə Bakıya çatdırılıblar.
Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib ki, onların vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur. Yaxın saatlarda xəstəxanadan buraxılacaqlar. **
R.Kərimov