Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti müharibə cinayətlərində təqsirkar şəxsləri məsuliyyətə cəlb etməkdən imtina etdiyinə görə İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb.
Cümə günü XİN-dən bəyan ediblər ki, “Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə görə təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb”.
“Həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən, Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb. Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir”, - XİN-in bəyanatında deyilir.
XİN BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfindən Azərbaycana qarşı verilmiş vəsatəti rədd etmıyini alqışlayıb. “Bu qərar, hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur”, - nazirlikdən vurğulanıb və əlavə olunub ki, Bakı “davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır”.
12 oktyabr 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək, Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib. **
R.Kərimov