Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycana səfəri çərçivəsində president İlham Əliyevlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Cənubi Qafqaza yönəlik ortaq baxışımız sülh, sabitlik və inkişafa əsaslanır. Sərhədlərin delimitasiyası, Naxçıvan ilə Azərbaycanın digər bölgələri arasında kommunikasiyaların açılması və sülh müqaviləsinin (Ermınistanla - İF) imzalanması bölgədə vəziyyətin normallaşması üçün mühüm addımlar olacaq. Böyük bədəllər ödənərək uzun illər sonra bölgədə davamlı sülh şansı yaranıb”, - Ərdoan jurnalistlərə deyib.
O, “Ermənistanın bu tarixi fürsəti dəyərləndirəcəyinə” ümidvar olduğunu bildirib.
Ərdoğanın sözlərinə görə, “Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyi şübhəsizdir”. **
R.Əhmədov