Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, sabiq baş nazir Binəli Yıldırım, Türkiyə parlamentinin millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Bakıda Mərkəzi Klinik Xəstəxanasından buraxılaraq Türkiyəyə yola salınıblar.
Bu barədə cümə günü Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Twitter hesabında məlumat verib.
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən Binəli Yıldırım avtomobillə Zəngilan Beynəlxalq Hava Limanına gedərkın yol qəzasına düşüb. Yıldırım və Ayrım tibbi briqadaların müşayiəti ilə helikopterlə Bakıya çatdırılıblar. Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib ki, xəsarət alan şəxslər Mərkəzi Klinik Xəstəxanasına çatdırılıblar, onların vəziyyətləri qənaətbəxşdir. **
R.Kərimov