Azərbaycan prezidenti İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan prezidentinin 2021-ci il 22 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurası 3 nəfərdən 5 nəfərədk genişləndirilib.
Beləliklə, İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Bundan əlavə, İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. **
B.Rüstəmbəyov