2022-ci ilin yanvar-sentyabr ayları ərzində “Rabitəbank” aktivlərini 12,4% - 892,157 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il sentyabrın 30-na bankın kredit portfeli 597,466 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 26,1% - İF) təşkil edib. İstehlak kreditlərinin həcmi 189,30 milyon manata (artım 27%), biznes kreditlərinin həcmi 314,333 milyon manata (artım 30%) bərabərdir.
Bankın öhdəlikləri 779,083 milyon manat (azalma 15,3%) məbləğindədir.
“Rabitəbank”da depozitlər 553,235 milyon manat (azalma 23,7%), o cümlədən fiziki şəxslərin əmanətləri 287,964 milyon manat (artım 13%) təşkil edib.
Oktyabrın əvvəlinə bankın kapitalı 113,074 milyon manata (artım 13,7%), nizamnamə kapitalı – 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 12 milyon 675,73 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 1,9 dəfə) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın 8-ci bankıdır. Bankın səhmdarları 13-ə yaxın fiziki şəxsdir. **
X.Nəsirzadə