Azərbaycan pezidenti İlham Əliyev “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyininfəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin nizamnamə fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini bir ay müddətində təsdiq etməlidir.
Həmçinin, dövlət başçısı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsini təsdiq edib.
Müvafiq fərmanların mətni cümə günü dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə