Azərbaycanda koronavirus infeksiyasına 47 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 852-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 54 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl olaraq üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 935 nəfər təşkil edir.
Virusa yoluxmuş 812 min 544 nəfər (sutka ərzində +58) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 373 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 962 (ötən gün 2 min 984 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 301 min 286 test aparılıb.**
B.Rüstəmbəyov