Cümə günü Laçın Rayon Prokurorluğundan məlumat verilib ki, işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxs minaya düşüb.
“İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib”, - prokurorluğun məlumatında deyilir.
Bildirilir ki, faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır. **
B.Rüstəmbəyov