“Fitch Ratings” beynəlxalq reyting agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini“BB+” səviyyəsində təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyin məlumatına istinadən bildirir ki, proqnoz “sabit”dən “pozitiv”ə dəyişib.
“Fitch”in qiymətləndirmələrinə görə, reytinq reytinq Azərbaycanın çox güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi və suveren rifah fondunun iri aktivləri hesabına dəstəklənir.
Həmçinin, agentlik iqtisadiyyat karbohidrogen sektorundan yüksək səviyyədə asılılığını, iqtisadi siyasətin kifayət dərəcədə proqnozlaşdırılmadığını və Ermənistanla münaqişə riskinin qaldığını qeyd edir. "Eskalasiya (Bakı ilə İrəvan arasında münasibətlərdə - İF) Ermənistanla siyasi həll üzrə danışıqlarda Azərbaycanın təsirini gücləndirməyə yönəldilə bilər. “Fitch” əvvəlki kimi, Rusiyanın sülhməramlı qüvvələrini (Azərbaycanın Qarabağ regionunda - İF) ən azı müəyyən edilmiş dövrün sonuna kimi - 2025-ci ilin noyabrına qədər qalacağını gözləyir. Bundan başqa, biz hesab edirik ki, sonda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası barədə razılıq əldə ediləcək", - agentlik vurğulayır.
“Fitch”in qiymətləndirmələrinə görə, neft və qazın yüksək qiymətləri Azərbaycanın suveren balansını daha da möhkəmləndirir. “2022-ci il iyunun sonuna Azərbaycanın strateji ehtiyatları $52,6 milyard səviyyəsində qiymətləndirilir, bunun 86%-i ARDNF-nin aktivlərinin payına düşür. Proqnozlarımıza əsasən, 2022-2024-cü illərdə Azərbaycanın suveren aktivləri üzeə xalis mpvqeyi 14,3 f.b. – ÜDM-in 77,6%-dək artacaq, bu da müqayisə edilən ölkələr qrupunda ən yüksək göstəricidir”, - agentlik qeyd edir.
“Fitch” Azərbaycanın bank sektorunun göstəricilərinin stabil yaxşılaşmasını qeyd edir. Xüsusilə, 2022-ci ilin birinci yarısının sonuna xidmət olunmayan kreditlər 3,5% (2021-ci ilin sonuna 6,1%), birinci səviyyəli kapitalın adekvatlığı 16,1%, 2022-ci ilin birinci yarısında əmanətlər və depozitlər üzrə dollarlaşma 60,4%-dən avqustda 49,3%-dək azalıb, sektor gəlirli olaraq qalır.
Agentliyin qiymətləndirmələrinə görə, ölkədə makrosabitliyi pisləşdirə biləcək enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması, iqtisasdi siyasətin dəyişməsi Azərbaycanın kedit reytinqlərinin pisləşməsinə gətirə biləcək amillərdir.
Eyni zamanda, xarici balansıın gələcəkdə möhkəmlənməsi, misal üçün enerji daşıyıcılarının yüksək qiymətləri səbəbindən, Azərbaycanın iqtisadi siyasətinin effektivliyi və proqnozlaşdırılmasının artması ölkənin kredit reytinqinin artmasına səbəb ola bilər. **
A.Əzizov