Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstanda keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak ediblər. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstanda keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak ediblər”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib.
MN-dən bildirilir ki, "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub. Beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub. **
R.Kərimov